top of page

Fundamental BİM təlimi | 2-ci buraxılış

Təlim onlayndır, 8 həftə davam edir və hər həftə 4 saat dərs nəzərdə tutulub.

 

Kurs üç moduldan ibarətdir: (i) birinci modulda BİM standartları və sənədləşdirilməsi müzakirə olunacaq, (ii) ikinci modul BİM modelləşdirilmə, kordinasiya və müştərək işi əhatə edir , (iii) üçüncü modula isə BİM-dən daha geniş istifadə sahələri daxildir. Hər modul həm nəzəri, həm praktiki bilikləri özündə cəmləşdirir.

 

Təlimdən sonra əlavə olaraq 2 saatlıq BİM sahəsində karyera və təhsil üzrə "workshop" keçiriləcək.

Aşağıda daha detallı dərs proqramı ilə tanış ola bilərsiniz:

BİM sənədləşmə | 8 saat

  • BİM standartları, səviyyələri və mərhələləri

  • Terminologiya və BİM lüğət

  • BİM istifadələri

  • BİM icra planı (BEP) hazırlanması

BİM modelləşdirilmə | 12 saat

  • Lazım olan informasiya səviyyəsi (LOD, LOIN və Level of Information Need)

  • Modelləşdirilmə proqramlarına ümumi baxış

  • BİM modellərin kordinasiyası (Model Coordination)

  • Toqquşmaların aşkarlanması (Clash Detection)

  • IFC faylları haqqında

  • BİM platformalarında kolaborativ iş (Collaboration between different disciplines)

BİM + | 12 saat

  • Cədvəllərin hazırlanması

  • 4Ö, 5Ö və 6Ö BİM (4D, 5D və 6D)

  • Davamlılıq

  • Parametrik modelləşdirilmə

  • AR/VR və başqa daha geniş BİM istifadələri

BİM karyera və təhsil "workshop"-u | 2 saat

  • BİM sahəsində dünyada karyera imkanları

  • BİM portfoliosu necə olmalıdır?

  • BİM ali təhsili

Qeydiyyat üçün informasiyanısı aşağıdakı link vasitəsi ilə bizimlə paylaşmağınız xahiş olunur, daha sonra sizinlə əlaqə saxlanıb detallı dərs planı, sertifikatlar və ödəniş haqqında məlumatlar paylaşılacaq.

Suallar üçün +994515103303 nömrəsi ilə (whatsapp üzərindən) və ya info@bimazerbaijan.com e-ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

BIM kursunun 1-ci buraxılışı ilə buradan tanış ola bilərsiz

BIM Kopyası (50 x 36 in).png
bottom of page