top of page

BİM standartları: ISO 19650 və "BEP"

Updated: Sep 14, 2022

BEP (BIM Execution Plan) Azərbaycan dilinə BİM icra planı olaraq tərcümə oluna bilər. Tərifi isə ISO 19650 standarında "Təyinatın İnformasiya İdarəetmə aspektlərinin Çatdırılma Qrupu tərəfindən necə həyata keçiriləcəyini izah edən plan" (ISO 19650-2 (3.1.3.1)) olaraq müəyyənləşdirilib. Daha aydın şəkildə isə:

BEP hər hansı bir layihədə arzuolunan nəticəni əldə etmək üçün layihə icraçıları tərəfindən istifadə olunacaq BİM iş axınını, texnologiyaları və alətləri müəyyən edən bir sənəddir

Image by snowing on Freepik

Plannerly* şirkəti tərəfindən hazırlanmış "checklist"-ə görə BEP-a aşağıdakılar daxil olmalıdır:

  • Layihə haqqında qısa məlumat;

  • BIM istifadələrinə giriş – BIM model nə üçün istifadə olunacaq?

  • İştirak edənlərin rolları və məsuliyyətləri;

  • İstifadə olunacaq hər hansı Əsas Performans Göstəriciləri (KPI);

  • Layihənin mühüm mərhələləri;

  • Əldə edilməli olan nəticələr;

  • Tələb olunacaq proqram və avadanlıq;

  • Layihə üçün texnologiya büdcəsi/planları;

  • Tədbiq ediləcək standartlar (məsələn, "BIM Forum LOD Spec" və ya "ISO 19650 Level of Information Need");

  • İş axınını təsviri;

  • BIM-dən ən yaxşı şəkildə istifadə üçün komandalar üçün təlim tələbləri;

  • Layihədə BIM-dən istifadə ilə bağlı risklər və imkanlar;

  • Layihə üçün vaxt qrafiki;

  • İstifadə olunacaq BIM keyfiyyət idarəetmə prosesləri;

  • Müqavilə şərtləri

ISO 19650-də iki tip BEP izah edilib: tender mərhələsində hazırlanan icra planı və artıq layihənin tətbiqi zamanı hazırlanan icra planı.


*Plannerli "BEP" hazırlanması üçün dijital platformadır.


Ümumiyyətlə ISO 19650 standarlar seriyası nədir və nə üçün vacibdir?

ISO 19650 seriyası artıq BİM sahəsində ən önəmli standartlardan birinə çevirilib və özünə BİM-də informasiyanın idarəedilməsini və bununla bağlı prinsipləri daxil edir. Qısa olaraq ISO 19650-ni BİM İdarəetməsinə vahid yanaşma adlandıra bilərik və bu da beynəlxald təşkilatlar və şirkətlər arası əməkdaşlıq üçün böyük önəm kəsb edir.


ISO 19650-yə nə daxildir?

ISO 19650 binanın bütün həyat dövrünə aid prosesləri əhatə edir. Bu sənəd bütün iştirakçılar üçün, mübadilə, saxlanılma, versiyalar yaratma və təşkil etmə daxil olmaqla, məlumatı (BİM üzərindən) idarə etmək üçün tövsiyələr verir. ISO 19650-nin birinci hissəsi daha sonra istifadə oluncaq konseptləri açıqlayır və adlandırır. BEP-dan başqa bura OIR (Organizational Information Requirements)- Təşkilati Məlumat Tələbləri; PIR (Project Information Requirements) - Layihə üçün Məlumat Tələbləri; EIR (Exchange Information Requirements) - Mübadilə üçün Məlumat Tələbləri və başqa konseptlər daxildir.

Ümumilikdə isə ISO 19650 iş axınına bu səkkiz addım daxildir:

  1. Qiymətləndirmə və Tələb

  2. Tenderə Dəvət

  3. Tender cavabı

  4. Təyinat

  5. Təşkilat

  6. Birgə İnformasiya İstehsalı

  7. İnformasiya Modelinin Çatdırılması

  8. Layihənin yekunlaşdırılması


Daha ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

 

  1. ISO 19650-1:2018(en) Organization and digitization of information about buildings and civil engineering works, including building information modelling (BIM) — Information management using building information modelling — Part 1: Concepts and principles.

  2. ISO 19650-2:2018(en) Organization and digitization of information about buildings and civil engineering works, including building information modelling (BIM) — Information management using building information modelling — Part 2: Delivery phase of the assets.

  3. BIM Execution Plan, BIM Dictionary.

  4. ISO 19650 Explained, Plannerly.

  5. 7 Things You Should Consider For Your BEP, Plannerly.

66 views0 comments

Comments


bottom of page